Kredit risklərin idarəedilməsi – müdir | Banco.az

Kredit risklərin idarəedilməsi – müdir

Vakansiya haqqında məlumat: 

Kredit risklərin idarəedilməsi şöbəsi

Vəzifəyə olan tələblər

• Ali riyazi və ya iqtisadi təhsil olması.
• Ehtiyatlılıq qabiliyyəti.
• Analitik düşüncə və əməli nəticə çıxarmaq bacarığı.
• Peşəkarlıq və səriştəlik qabiliyyəti.
• MS Office  proqramlarında işləmək bacarığı.
• Bu sahədə minimum 2 il iş təcrübəsi.

Vəzifə öhdəlikləri:   

• Kredit risklərinin ölçülməsi üçün gündəlik bank əməliyyatları haqda məlumatların yığılması və təhlil edilməsi;
• Kredit risklərinin operativ qiymətləndirilməsi üçün bankın struktur bölmələri tərəfindən təqdim olunmalı məlumatların həcmini  və müddətinin müəyyən edilməsi, zərurətdən asılı olaraq məlumatların həcm və müddətlərində dəyişiklik edilməsi;
• Kredit risklərinin qiymətləndirilməsi və hesabatların hazırlanmasında iştirak edilməsi;
• Zəruri məlumat bazasının yaradılması;
• Departamentin əsasnaməsindən irəli gələn bütün vəzifələrin icrasının təmin edilməsi;
• Departament direktoru tərəfindən departamentin fəailiyyəti ilə əlaqədar ona həvalə olunmuş digər vəzifələrin icra edilməsi.

CV-ləri Kredit risklərin idarəedilməsi – müdir mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et