Kredit riskləri və monitorinq şöbəsində mütəxəssis | Banco.az
Azər Türk Bank

Kredit riskləri və monitorinq şöbəsində mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Risk Menecmenti Departamentinin Kredit riskləri və monitorinq şöbəsində mütəxəssis

Namizədə olan tələblər

  • Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznesin idarə edilməsi, riyaziyyat, statistika və digər dəqiq və texniki sahələr);
  • Kredit riski, kreditlərə nəzarət, tənzimləyici mühit və ya kommersiya kreditlərinin verilməsi sahəsində təcrübə;
  • Əla səviyyədə Azərbaycan dili, İngilis və Rus dili biliyi arzuolunandır
  • MS Excel proqramından yüksək səviyyədə istifadə bacarığı;
  • Biznes kreditlərinin təhlili, kreditlərin anderraytinqi sahəsində ən az 3 il iş təcrübəsi;
  • SME və Korporativ müştərilərin kreditləşməsi sahəsində dərin nəzəri və praktiki biliklər;
  • Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər barədə biliklər;
  • Maliyyə hesabatlarının tərtib olunması və analizi üzrə dərin biliklər;
  • Müxtəlif biznes sahələrinin təhlili və bazarın vəziyyəti haqqında biliklər;
  • Analitik düşüncə və detallara qarşı diqqətli olabilmə qabiliyyəti;
  • İri kreditlərin qiymətləndirilməsini və monitorinqini bilmək;
  • Kredit reytinq və skorinq sistemlərinin qurulması üzrə biliklər;
  • Komandada işləmək bacarığı;
  • ACCA və CFA sertifikatları olan namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri

  • SME və Korporativ kreditlər üzrə kreditlərin qiymətləndirilməsinin həyata keçirilməsi;
  • Ehtiyac olduqda müştəri biznesinə baxış keçirilməsi və yerində qiymətləndirmə aparılması;
  • Akkreditiv və Qarantiyalar üzrə sifarişlərin qiymətləndirilməsinin aparılması;
  • Qayda və prosedurların təkmilləşdirilməsi ilə bağlı rəy və təkliflərin verilməsi.

CV-lərinzi vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərərək Komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et