Kredit mütəxəssisi üzrə təcrübə proqramı | Banco.az

Kredit mütəxəssisi üzrə təcrübə proqramı

Vakansiya haqqında məlumat: 

"Para Bokt"dan Bakı şəhəri və Ağcabədi, Ağdaş, Ağstafa,  Astara, Beyləqan,  Bərdə, Fizuli, Gəncə, Quba, Qusar, Qəbələ, Qovlar, Qazax Goranboy, Tovuz, Salyan, İmişli, İsmayıllı, Yevlax, Mingəçevir, Masallı, Göyçay, Lənkəran, Xaçamaz, Şəmkir, Şirvan, Şamaxı, Şəki, Sumqayıt, Siyəzən,  Sabirabad  bölgə filialları üzrə əmək haqqı+bonuslu təcrübə proqramı

Karyeranı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, səni peşəkar komandamıza qoşulmağa dəvət edirik.

Öhdəliklər:

  • Təlimlərdə aktiv iştirak etmək
  • Təlimlərdə keçilənləri mənimsəmək və tətbiq etmək
  • Təlimçi və mentorla interaktiv işləmək
  • Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirmək

Tələblər:

  • Yaşı 18-dən 25-ə qədər (Ali və ya orta ixtisas təhsili alan tələbələr və ya ali və ya orta ixtisas təhsilini bitirmiş gənclər)
  • Karyerasını satış işində görmək
  • Öyrənməyə açıq olmaq
  • Hədəflərlə işləməyi bacarmaq
  • Pozitiv ünsiyyət bacarığı
  • Komandada işləməyə meyilli olmaq

Sizə nə vəd edirik:

  • Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmə imkanı,
  • Təcrübəçilərə yaşadıqları ünvana yaxın filiallarda təcrübə proqramı keçmək imkanı
  • Ə/h+bonus (200-400 AZN)
  • Qeyd: Təcrübə full-time şəkildə 3 ay müddətinə keçiriləcək. Bu müddəti uğurla keçən namizədlər işə qəbul ediləcəklər.
  • Maraqlanan şəxslər  [email protected]  ünvanına "təcrübə proqramı (müvafiq region üzrə)" yazaraq cv-lərini göndərə bilərlər.
Şirkət: 
Para Bokt

Ən sərfəli krediti almaq üçün müraciət et