Kredit mütəxəssis (İstehlak) | Banco.az
Rabitəbank

Kredit mütəxəssis (İstehlak)

Vakansiya haqqında məlumat: 

Vəzifə: Kredit mütəxəssis (İstehlak) Bakı, Sumqayıt, Xırdalan, Sahil Qəsəbəsi,  Quba, Qusar, Xaçmaz, Şamaxı, Ağsu,  Şəki, Kürdəmir

Əsas vəzifələr:

  • Potensial müştərilərin cəlb edilməsi;
  • Banka Kredit almaq məqsədilə müraciət edən müştərilərə xidmət göstərilməsi
  • Müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq;
  • Birbaşa marketinq funksiyasını həyata keçirtmək;
  • Kreditlərin ödənişlərinə nəzarət etmək və vaxtında ödənişləri təmin etmək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil  (İqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
  • Azərbaycan dilini yaxşı səviyyədə bilməli,
  • Satış  və təqdimetmə qabiliyyətinə malik olmaq;
  • Analitik təhlil qabiliyyətinə malik olmaq;
  • MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
  • Yüksək etika, ünsiyyət  və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
  • Məsuliyyət, düzgünlük  və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;

Qeyd:  Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.