Rabitəbank
Kredit mütəxəssis (Biznes)
Vakansiya haqqında məlumat:
Vəzifə: Kredit mütəxəssis (Biznes) Bakı, Sumqayıt, Xırdalan, Sahil Qəsəbəsi, Quba, Qusar, Xaçmaz, Kürdəmir, Şamaxı, Ağsu, Şəki, Şirvan, Qax, Masallı, Şəmkir
Əsas vəzifələr:
- Potensial müştərilərin cəlb edilməsi;
- Birbaşa marketinq funksiyasını həyata keçirtmək;
- Müştərinin biznes sahəsinə vizitlər etmək ;
- Müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq;
- Kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;
- Kreditlərin ödənişlərinə nəzarət etmək və vaxtında ödənişləri təmin etmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (İqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
- Azərbaycan dilini yaxşı səviyyədə bilməli,
- Satış qabiliyyətinə malik olmaq;
- Analitik təhlil qabiliyyətinə malik olmaq;
- MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
- Yüksək etika, ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
- Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
Qeyd: Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.