Kredit Meneceri | Banco.az
Rabitəbank

Kredit Meneceri

Vakansiya haqqında məlumat: 

Kredit Menecer   /BİZNES  Bakı, Lənkəran-Masallı, Qax, Ağsu 
                              İSTEHLAK /Quba-Qusar-Xaçmaz

Vəzifəyə olan tələblər:

• Ali iqtisadi təhsil
• Ən azı 2 il bank və yaxud qeyri-bank təşkilatında kreditlərin verilməsi, təhlili və təcrübəsiz işçilərin öyrədilməsi sahəsində iş təcrübəsi
• Microsoft Office proqramlarında işləmə bacarığı
• Analitik düşüncə tərzi
• Məsuliyyətlilik, ünsiyyətlilik, təşəbbüskarlıq

Vəzifə üzrə fəaliyyət:

• Potensial  müştərilərini cəlb etmək
• Müştərinin ödəniş qabiliyyətini təhlil etmək
• Tabeçiliyində olan kredit mütəxəssislərinin etdikləri biznes təhlillərinin yoxlanılması
• Kredit portfelinin idarə olunması və nəzarət altında saxlanılması
• Yeni işə götürülmüş kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərin öyrədilməsi

Iş şəraiti və inkişaf imkanları:

• Yuksək əmək haqqı (iş təcrübəsindən asılı olaraq)
• Hər verilən kredit və cəmi kredit portfelinə görə bonus
• Rəhbərliyi altında bir neçə kredit mutəxəssisdən ibarət isçi komandasının calışması
• Bilik və bacariqları artırmaq üçün yerli və xarici ekspertlərin təlimlərdə iştirak imkanları
• Planı yerinə yetirmək şərtilə iş gününü işçi özü tərəfindən planlaşdırılması

Qeyd:  Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kredit Meneceri və filial adı) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır. 
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.