Rabitəbank
Kredit Menecer/Biznes
Vakansiya haqqında məlumat:
Vəzifə: Kredit Menecer /BİZNES / Bakı, Lənkəran, Masallı, Quba, Ağsu və Qax
Vəzifəyə olan tələblər:
- Ali iqtisadi təhsil
- Ən azı 2 il bank və yaxud qeyri-bank təşkilatında kreditlərin verilməsi, təhlili və təcrübəsiz işçilərin öyrədilməsi sahəsində iş təcrübəsi
- Microsoft Office proqramlarında işləmə bacarığı
- Analitik düşüncə tərzi
- Məsuliyyətlilik, ünsiyyətlilik, təşəbbüskarlıq
Vəzifə üzrə fəaliyyət:
- Kredit almaq istəyən müştərilərini cəlb etmək
- Müştərinin ödəniş qabiliyyətini təhlil etmək
- Tabeçiliyində olan kredit mütəxəssislərinin etdikləri biznes təhlillərinin yoxlanılması
- Kredit portfelinin idarə olunması və nəzarət altında saxlanılması
- Yeni işə götürülmüş kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərin öyrədilməsi
Iş şəraiti və inkişaf imkanları:
- Yuksək əmək haqqı (iş təcrübəsindən asılı olaraq)
- Hər verilən kredit və cəmi kredit portfelinə görə bonus
- Rəhbərliyi altında bir neçə kredit mutəxəssisdən ibarət isçi komandasının calışması
- Bilik və bacariqları artırmaq üçün yerli və xarici ekspertlərin təlimlərdə iştirak imkanları
- Planı yerinə yetirmək şərtilə iş gününü işçi özü tərəfindən planlaşdırılması
Qeyd: Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.