KOS satışlar şöbəsinin aparıcı mütəxəssisi (Lənkəran) | Banco.az
Kapital Bank

KOS satışlar şöbəsinin aparıcı mütəxəssisi (Lənkəran)

Vakansiya haqqında məlumat: 

 

Ümumi məlumat

Kapital Bank namizədləri Lənkəran filialı üzrə Korporativ və KOS satışlar idarəsinin Kiçik və orta sahibkarlarla iş departamentinin KOS satışlar şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

  • Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
  • Bankın potensial KOS kateqoriyasına aid olan müştəri bazasını müəyyən edir.
  • Müştərilərlə birbaşa ünsiyyətə girir və onları banka cəlb edir.
  • Mövcud müştəri bazası ilə işləyir, müştərilərdən xidmətlər üzrə sifarişlər qəbul edir və sifariş üzrə satışı həyata keçirir.
  • Müştərilərin əməliyyatlarında yaranmış problemləri həll edir.
  • Şöbə rəisinin göstərişinə əsasən qarşıya qoyulmuş digər vəzifələri yerinə yetirir.

Tələblər:

  • Ali təhsil ( iqtisadi ixtisas olması arzu olunan);
  • Səlis Azərbaycan dili və Rus dili (İngilis dili arzuolunandır);
  • Microsoft Office proqramları üzrə biliklər;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və operativlik;
  • İşgüzar ünsiyyət və təhlil etmə bacarığı;
  • Ünsiyyətcil və kollektivdə işləmə bacarığı;
  • Sahə üzrə ən azı 1 il iş təcrübəsi.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et