Korporativ satış şöbəsində mütəxəssis | Banco.az
Azər Türk Bank

Korporativ satış şöbəsində mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Baş ofis. Korporativ Bankçılıq Departamentinin Korporativ satış şöbəsində mütəxəssis

 

Namizədə olan tələblər

  • Ali təhsil
  • Azərbaycan və Rus dillərini səlis bilməli, İngilis dili arzuolunandır
  • Korporativ müştərilərlə iş təcrübəsi
  • Bütün kateqoriyalı müştərilərlə effektiv əlaqələr qurmaq bacarığı
  • Biznes münasibətlərini genişləndirmək və təkmilləşdirmək bacarığı
  • Yüksək ünsiyyət və komanda tərkibində işləmək bacarığı
  • MS Office proqramlarından istifadə bacarığı

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Vəzifə öhdəlikləri

  • Müxtəlif seqmentlərə aid korporativ müştərilərin Banka cəlb edilməsi
  • Kompleks bank məhsul və xidmətlərinin müştərilərə təklifini təşkil etmək, çarpaz satışların həyata keçirmək
  • Xidmət strukturları ilə birgə Korporativ müştərilərə Bank xidmətlərinin yüksək səviyyədə göstərilməsini və ümumi prosesləri nəzarətdə saxlamaq
  • Kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı biznes təhlilini aparmaq
  • Müştərilərə xidmət strukturlarında korporativ satış fəaliyyətini koordinasiya etmək
  • Korporativ müştərilər üçün məhsulların hazırlanması prosesində iştirak etmək
  • Satış hədəflərinin planlaşdırılması və satış dinamikasının təhlilini aparmaq
  • Korporativ müştərilərin Bank vasitəsilə həyata keçirdiyi əməliyyatları analiz etmək və hesabatlılığını aparmaq

Digər bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil 

Siz də bizim peşəkar komandanın üzvü olmaq istəyirsinizsə CV-lərinzi vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et