Azər Türk Bank
Korporativ kreditlərin və investisiya layihələrinin təhlili şöbəsinin mütəxəssisi/ aparıcı mütəxəssisi/ baş mütəxəssisi
Vakansiya haqqında məlumat:
Təsvir
- Biznes krediti və sənədli əməliyyat müraciətləri üzrə müştərilərin ödəniş qabiliyyətinin müəyyən olunması məqsədilə maliyyə və biznes təhlilinin aparılması, təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması məqsədilə müştərilər ilə görüşlərin keçirilməsi;
- Biznes müştərilər üzrə kredit reytinqlərinin hesablanması və müvafiq ilkin qərarların qəbul edilməsi işini həyata keçirmək;
- Kreditləşmə üzrə bankdaxili qaydaların qorunması, təminata dair və digər risklərin düzgün qiymətləndirilməsini həyata keçirmək;
- Biznes kredit/sənədli əməliyyat müraciətləri üzrə son qərarın verilməsi məqsədilə kredit rəyinin hazırlanması;
- Kredit reytinqi modellərininin təkminləşdirilməsində iştirak etmək, bu istiqamətdə təkliflər vermək;
- Bankın biznes portfelinə daxil olan kreditlərin müxtəlif aspektlərdən təhlili;
- Biznes kreditlərin təhlilinə dair hesabatların hazırlanmasında iştirak.
Tələblər
- Ali təhsil;
- Səlis Azərbaycan dili, İngilis və Rus dili biliyi mütləqdir;
- Kredit və qarantiya məhsullarının təhlili üzrə 1-3 il iş təcrübəsi;
- Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları;
- ACCA F3/FFA, ACCA F7/FR sertifikatlarının olması üstünlükdür;
- MS Office proqramlarından (xüsusilə MS Excel, Power Point) sərbəst istifadə qabiliyyəti olmalı;
- Komandada işləmək, vaxtın idarə edilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı olmalı;
- Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti.
Müraciət etmək üçün daxil olun: