Korporativ kreditlərin təhlili şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis | Banco.az
Beynəlxalq Bank

Korporativ kreditlərin təhlili şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

ABB  Korporativ kreditlərin təhlili şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis  axtarışındadır.

özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Korporativ müştərilərin maliyyə hesabatlarının təhlil olunması;
  • Korporativ müştərilərin biznes fəaliyyətlərinin təhlil olunması;
  • Təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması üçün müştərilərlə görüşlərin keçirilməsi;
  • Korporativ müştərilərin kredit sifarişlərinin təhlil olunaraq Kredit Komitəsinə təqdim olunması.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (Maliyyə, iqtisadi və mühasibatlıq sahələrində);
  • Maliyyə təhlili, Korporativ kredit təhlili sahəsində 1-3 il iş təcrübəsi olan;
  • CFA, FRM, ACCA üzrə biliklərə sahib olan;
  • Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus dilinin biliyi üstünlükdür;
  • MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə qabiliyyəti olan;
  • Analitik bacarıqlar, komandada işləmək, vaxtın idarəedilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı.

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi  [email protected]   elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Korporativ kreditlərin təhlili üzrə mütəxəssis/aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et