PAŞA Bank
Korporativ İdarəetmə və Hesabatlıq üzrə Kiçik Mütəxəssis
Vakansiya haqqında məlumat:
Korporativ İdarəetmə və Hesabatlıq üzrə Kiçik Mütəxəssis
PAŞA Bank namizədləri Korporativ İdarəetmə və Hesabatlıq üzrə Kiçik Mütəxəssis vakansiyası üzrə müraciət etməyə dəvət edir.
İşiniz nədən ibarətdir?
- İdarə heyətinin sədri tərəfindən təqdim edilən etibarnamə və əmrlərin hazırlanması, qeydiyyata alınması, icraya yönəldilməsi və mütəmadi olaraq arxivləşdirilməsi;
- Bankın İdarə heyəti üzvlərinə lazımi qaydada və vaxtı-vaxtında inzibati dəstəyin göstərilməsi;
- Daxil olan və göndərilən sənədlərin qeydiyyatı, onların təyin edilən zaman çərçivəsində yerinə yetirilməsi və aidiyyəti üzrə göndərilməsi, artıq icra edilmiş sənədlərin sistemləşdirilərək mühafizə edilməsi və müəyyən edilmiş zaman ərzində arxivə təhvil verilməsi;
- Bank nəzarət orqanları ilə rəsmi əlaqə kanallarının qurulması, müraciət və sorğuların koordinasiya edilməsi və vaxtı-vaxtında cavablandırılmasında baş mütəxəssisə dəstək;
- Mütəmadi hesabatların hazırlanması;
- Bankın departamentləri ilə İdarə heyəti üzvləri arasında effektiv əlaqəni təmin etməkdə menecerə dəstək.
Sizdən nə tələb olunur?
- Təhsil: hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə bakalavr təhsili
- Təcrübə: 1-2 il
- Xarici dil: ingilis və rus dili biliyi arzu ediləndir
- Kompüter bilikləri: "Microsoft Office" proqramları
- Məhsul üzrə biliklər: elektron sənəd dövriyyəsi, sənədli əməliyyatlar.
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, 14.05.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!