Korporativ İdarəetmə və Hesabatlılıq üzrə Assistent | Banco.az
PAŞA Bank

Korporativ İdarəetmə və Hesabatlılıq üzrə Assistent

Vakansiya haqqında məlumat: 

 

“PAŞA Bank” ASC olaraq Korporativ İdarəetmə və Hesabatlılıq üzrə Assistent (İH üzvünə Assistent) kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarətdir?

• İdarə Heyətinin müvafiq üzvünün gündəlik iş və görüşlərinin təşkil edilməsini idarə edərək görüşlərin keçirilməsinin təmin edilməsi;
• İdarə Heyətinin müvafiq üzvünün biznes tələblərinin icrası üçün işçi heyəti və struktur bölmələrlə əlaqələrin qurulması;
• İdarə Heyətinin müvafiq üzvünün qonaqlarının qarşılanması;
• İdarə Heyətinin müvafiq üzvünün gündəlik və səyahət səfərlərinin təşkilində fəal iştirak və bu prosesdə zaman və xərclərin effektiv idarəedilməsi;
• Sənədlərin İdarə Heyətinin müvafiq üzvünə imza üçün təqdim edilməsi və onların yenidən müvafiq şəxslərə ötürülməsi;
• İdarə Heyətinin müvafiq üzvü və menecer tərəfindən müəyyən edilmiş tapşırıq və layihələrin planlaşdırılması və icrası;
• İdarə Heyətinin tabeçiliyində olan struktur bölmələrə inzibati dəstəyin göstərilməsi.

Sizdən nə tələb olunur?

Təhsil: Bakalavr təhsili
İş təcrübəsi: 1-3 il
Xarici dillər: İngilis və Rus
Kompüter bilikləri: Microsoft Office

Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 14.08.2021-ci il tarixinədək [email protected] ünvanına başlıqda “Korporativ İdarəetmə və Hesabatlılıq üzrə Assistent” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et