Korporativ Hüquq istiqaməti üzrə Mütəxəssis | Banco.az
PAŞA Bank

Korporativ Hüquq istiqaməti üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

PAŞA Bank Hüquqi işlər şöbəsinin korporativ hüquq istiqaməti üzrə hüquq mütəxəssisi vakansiyasını elan edir.

Vəzifənin məqsədi:

PAŞA Bankın fəaliyyət göstərdiyi bütün istiqamətlər üzrə yüksək keyfiyyətli və peşəkar hüquqi yardım göstərməyi, yeni layihələri qanunvericilik və prudensial tələblər baxımından dərin analiz etməyi bacaran və bankın fəaliyyətinə maneə olan halların qanun çərçivəsində aradan qaldırılmasına yardımçı ola biləcək hüquq mütəxəssislərinin axtarışıdır. 

Bu vəzifə əsaslı hüquqi biliklər, yüksək analitik düşüncə, komandada işləmək və ünsiyyət qurmaq bacarıqları tələb edir. Ən uğurlu namizəd detallara fikir verən, strateji hədəfləri düşünmə qabiliyyətinə malik olan və optimal həll yollarını tapmağı bacaran şəxs olacaq.

İşiniz nədən ibarətdir?

  • Müxtəlif bank xidmətlərinin təqdim edilməsi ilə əlaqədar daxil olan sorğuların hüquqi təhlilinin aparılması və cavablandırılması;
  • Bankın hüquq və maraqlarını qoruyan müqavilələrin və digər müvafiq hüquqi sənədlərin hazırlanması və yoxlanması;
  • Bank fəaliyyətinə aid normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər layihələrinin hazırlanması;
  • Bankın xarici vətəndaş olan işçilərinə iş və yaşayış icazələrinin alınması ilə əlaqədar hüquqi dəstəyin göstərilməsi;
  • Bankın daxili qaydalarının, siyasətlərinin, məhsullarının, prosedurlarının hazırlanmasında, yenilənməsində, təkmilləşdirilməsində dəstəyin göstərilməsi;
  • Bankın inzibatçılarının və digər əməkdaşlarının müvafiq attestasiyadan keçmələri üçün hüquqi dəstəyin təmin edilməsi;
  • Bankın Azərbaycan Respublikasında və xaricdə yerləşən törəmələrinin, nümayəndəliklərinin, filiallarının və şöbələrinin fəaliyyəti və onlara dair müvafiq lisenziyaların/icazələrin alınması üçün hüquqi dəstəyin təmin edilməsi;
  • Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması;
  • Bankın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi;
  • Şöbəyə daxil olan müxtəlif müraciət  və sorğuların tam və vaxtında cavablandırılması;
  • Əmək münasibətləri sahəsində Bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi;
  • Dövlət orqanları və digər qurumlarla münasibətdə Bankı təmsil etmək, tələb edilən hərəkətin edilməsi ilə bağlı Bankın maraqlarının ən yaxşı şəkildə qorunması;
  • Bankın müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi problemlərin yerində və operativ araşdırılması.

Sizdən nə tələb olunur?

  • Hüquq ixtisası üzrə bakalavr dərəcəsi;
  • Minimum 3 il maliyyə sahəsində peşəkar hüquqşünas təcrübəsi;
  • Korporativ hüquq sahəsinin və qanunvericiliyinin biliyi;
  • Güclü ünsiyyət və komandada işləmək bacarıqları;
  • Mütləq Azərbaycan və ingilis dillərinin biliyi, rus dili arzuolunan;
  • MS Office proqramlarının yüksək praktiki səviyyədə biliyi;
  • Planlaşdırma və təşkilatçılıq bacarıqları, tapşırıqların son icra tarixini ötürməməklə yerinə yetirmək bacarığı;
  • Problemlərin əsas səbəbini təyin etmək üçün kritik düşüncə bacarığı;
  • Qərarları dəqiq və səhih məlumat əsasında vermə bacarığı.

Müraciət edin:

 Tələblərə cavab verdiyiniz halda, 31.07.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et