Korporativ Bankçılıq Departamentinin Korporativ satış şöbəsində mütəxəssis | Banco.az
Azər Türk Bank

Korporativ Bankçılıq Departamentinin Korporativ satış şöbəsində mütəxəssis

Vakansiya haqqında məlumat: 

Təsvir

  • Müştərilərlə əlaqə kanallarının qurulması işində iştirak etmək (soyuq zənglər, korporativ görüşlər, işgüzar tədbirlərdə iştirak və.s);
  • Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə xidmət paketləri hazırlamaq və ölkədə fəaliyyət göstərən müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil etmək;
  • Portfelində olan korporativ müştərilərlə daim ünsiyyətdə olmaq, onların tələbatlarını öyrənmək, onların sorğu, şikayət və təkliflərini aidiyyatı üzrə müvafiq struktur bölmələrinə yönləndirmək;
  • Korporativ müştərilərə xidmət prosesində meydana çıxan məsələlərin həlli üzrə işləri koordinasiya etmək.

Tələblər

  • Ali təhsil;
  • Azərbaycan dili səlis olmalı (rus və ingilis dili bilikləri üstünlükdür);
  • Satış sahəsində minimum 2 il, banklarda satış və ya telemarketinq sahəsində min 1 il iş təcrübəsi olmalı;
  • MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti olmalı;
  • Analitik düşüncə qabiliyyəti, kreativ və təşəbbüskar olmalı;
  • Komandada işləmək və yüksək səviyyədə ünsiyyət bacarığı olmalı.

Müraciət etmək üçün daxil olun:

Ən sərfəli krediti almaq üçün müraciət et