Könüllü
Satış Kanallarının İdarə Edilməsi Departamentinin həyata keçirdiyi yeni layihələrə dəstək göstərmək məqsədilə könüllü gənclər dəvət edilir. Layihələrə cəlb olunmaqla, Siz yeni bilik və bacarıqlar əldə etməklə bərabər həm də gələcəkdə işlə təmin olunmaq imkanı qazana bilərsiniz.
Tələblərə uyğun namizədlər “Subject” qrafasında “Könüllü” yazmaqla öz CV-lərini və ya bankın saytından (http://www.bankofbaku.com/az/hr-category/cv-forma.html) əldə edilmiş “İşə müraciət formu”nu (şəkillə birlikdə) Azərbaycan dilində [email protected] ünvanına göndərə bilərlər.
CV-lərin qəbulu üçün son tarix 15 Fevral 2014-cü ildir. Xahiş edirik, telefon vasitəsilə müraciət etməyəsiniz.
email -[email protected]
Fəaliyyətin təsviri:
- Bankla partnyorluq münasibətləri qurmuş özəl və dövlət müəsissə, təşkilatların əməkdaşlarına bankın məhsulları, xidmətləri və cari kampaniyaları ilə bağlı təqdimatların keçirilməsi, onların banka cəlb edilməsi
- Bankın partnyorları olan müəsissə və təşkilatların reyestrinin yenilənməsi
Tələb olunan kriteriyalar:
- Ali təhsilli gənclər (və ya təhsilini bitirmək üzrə olan tələbələr)
- Təcrübəyə tam və ya yarım gün cəlb olunmaq imkanı olan
- Azərbaycan dilini əla bilən (rus dili biliklərinin olması arzuolunandır)
- Əla ünsiyyətqurma və təqdimetmə bacarığına sahib olan
- Dəqiq və məsuliyyətli
- Hərbi xidməti bitirən və ya möhlət hüququ olan