KOB kreditlər üzrə Anderraytinq Departamentində vakansiya
KOB kreditlər üzrə Anderraytinq Departamentində vakansiya
Vəzifə öhdəlikləri:
• Müzakirəyə çıxarılmış kredit təkliflərinin nəzərdən keçirilməsi və müzakirə olunması;
• Müştərinin bankın və yerli qanunvericiliyin tələblərinə müvafiqliyinin yoxlanması üçün kredit sənədlərinin nəzərdən keçirilməsi və təhlili;
• Maliyyə təhlilinin, monitorinqlərin və müştəriyə nəzarət baxışının keçirilməsi;
• Təyin olunmuş limitlər çərçivəsində kredit komitələrində iştirak etmək;
• Gecikdirilmiş və restrukturizasiya edilmiş kreditlərin təhlili;
• Müxtəlif bank seqmentlərindəki tendensiyaların tədqiqi və təhlili.
Namizədlərə qarşı tələblər:
• KOB Kreditləşməsi və ya KOB Anderraytinq sahəsində ən azı iki illik iş təcrübəsi;
• Mükəmməl analitik vərdişlər;
• Müştərilərin maliyyə hesabatlarının başa düşülməsi, təfsilatlara qarşı diqqətcillik;
• Müştəriyə baş çəkmək və bankın filiallarına getmək imkanı;
• Məsuliyyət, ünsiyyətcillik, işgüzarlıq, inadcıllıq, cəld öyrənmə imkanı;
• Azərbaycan, rus və / və ya ingilis dilləri biliyi;
• MS Office, Mc Outlook kompüter proqramları ilə sərbəst işləmək bacarığı.
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.