Kiçik və Orta Biznes kreditləşməsi şöbəsinin rəisi | Banco.az
Azər Türk Bank

Kiçik və Orta Biznes kreditləşməsi şöbəsinin rəisi

Vakansiya haqqında məlumat: 

 

Korporativ Bankçılıq Departamentində Kiçik və Orta Biznes kreditləşməsi şöbəsinin rəisi

Namizədə olan tələblər

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat, bankçılıq və s. əlaqəli ixtisaslar)
  • Bankda Kiçik və orta biznes subyektlərinə xidmət və maliyyələşmə (kreditləşmə) sahəsində minimum 3 il iş təcrübəsi
  • Azərbaycan dili – səlis, rus dili – yaxşı, ingilis dili – orta
  • Kompüter proqramlarında işləmək qabiliyyəti ( Bank əməliyyat sistemləri, MS Office )
  • İdarəçilik bacarığı
  • Analitik təhlil etmə, biznes analizi və maliyyə təhlili aparmaq bacarığı
  • İşgüzar ünsiyyət qurmaq və komanda tərkibində işləmək bacarığı
  • Yaradıcı təxəyyülə malik, məsuliyyətli, peşəkar və enerjili olmaq.

Vəzifə öhdəlikləri

  • Kiçik və orta biznes subyektləri ilə əlaqələrin qurulmasını, Bankın məhsul və xidmətlərinin səmərəli satışını və xidmətin yüksək səviyyədə təmin olunmasını təşkil etmək;
  • Müştəri müraciətləri üzrə biznes analizini aparmaq, maliyyə hesabatları ilə işləməyi bacarmaq;
  • Tabeçiliyində olan müştəri menecləri üçün hədəf planlarını tərtib etmək, menecerlərin fəaliyyətinə və planın icrasına nəzarət etmək;
  • Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil etmək və maliyyələşmə üzrə təklif paketlərini hazırlamaq;
  • Bankın müştəri bazasının dinamikasını izləmək, rəqib bankların üstün və fərqli cəhətlərini öyrənmək, SWOT təhlil aparmaq və müştəri bazasının genişləndirilməsi üzrə təkliflər vermək;
  • Məhsul və xidmətlərin satışı üzrə hədəflərə nail olmaq məqsədilə əlaqədar struktur bölmələrlə birlikdə müvafiq tədbirlər planı hazırlamaq və həyata keçirilməsini təşkil etmək;
  • Bankda yeni məhsul və xidmətlərin yaradılması üzrə təkliflər vermək, tətbiq layihələrinin hazırlanmasında iştirak etmək;
  • Maliyyələşdirilmiş müştərilərin maddi dayanıqlığının ölçülməsi məqsədilə Bankda aparılan əməliyyatları analiz edərək, hesabatlılığı aparmaq, təhlil nəticələrini rəhbərliyə təqdim etmək;

CV-lərinzi vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərərək Komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et