Kiçik və orta biznes kreditləri üzrə Mütəxəssis, Aparıcı Mütəxəssis və Baş Mütəxəssis | Banco.az
Bank BTB

Kiçik və orta biznes kreditləri üzrə Mütəxəssis, Aparıcı Mütəxəssis və Baş Mütəxəssis

Vakansiya haqqında məlumat: 

İş barədə məlumat

  • Bankın kiçik, orta, iri kreditlərini və korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
  • Müştəri ilə sorğu keçirmək, müştərinin ərizəsini qəbul etmək, biznes sahəsinə ziyarətlər etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq, kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək, kredit sənədlərini kredit komitəsinə təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirməsini təmin etmək;
  • Kredit portfelini formalaşdırmaq və onu idarə etmək bacarığı;
  • Kiçik, orta və iri kreditlər sahəsində ümumi fəaliyyətə dair hesabatlar hazırlamaq;
  • Kiçik, orta, iri kreditlər və korporativ məhsullar üzrə işin təkmilləşdirilməsinə dair təkliflər vermək.

Namizədə tələblər

  • Ali təhsil (iqtisadi və riyazi təhsilli olanlara üstünlük verilir);
  • Biznes Kreditləri sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
  • Problemləri həll etmə bacarıqları;
  • Satış bacarıqları;
  • MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı

Namizədlərdən CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur.