Kiçik və orta biznes kreditləri üzrə mütəxəssis | Banco.az
Bank BTB

Kiçik və orta biznes kreditləri üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Əcəmi filialı / Kiçik və orta biznes kreditləri üzrə mütəxəssis

İş barədə məlumat

  • Bankın kiçik, orta, iri biznes kreditlərini və korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
  • Biznes kreditləri sifarişi etmiş müştərilərin müraciətlərini qəbul etmək, biznes yerlərinə baxış keçirmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin bizneslərinin  təhlilini aparmaq, kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək,  biznesin ümumi fəaliyyətinə dair hesabatlar hazırlamaq, kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;
  • Kredit portfelini formalaşdırmaq və idarə etmək;
  • Kiçik, orta, iri biznes kreditlər və korporativ məhsullar üzrə işin təkmilləşdirilməsinə dair təkliflər vermək.

Namizədə tələblər

  • Ali təhsil (iqtisadi və riyazi təhsilli olanlara üstünlük verilir);
  • Kiçik orta sahibkarlıq kreditlər sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
  • Problemləri həll etmə bacarığı;
  • Satış bacarığı;
  • MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (Azərbaycan dilində) 25.06.2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Kiçik və orta biznes kreditləri üzrə mütəxəssis) göstərməyiniz xahiş olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et