Kiçik və Orta Biznes kreditləri mərkəzi, Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis | Banco.az
Azər Türk Bank

Kiçik və Orta Biznes kreditləri mərkəzi, Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Kiçik və Orta Biznes kreditləri mərkəzi, Naxçıvan şəhəri üzrə Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis

Təsvir

  • Bankın məhsullarının bazarda müvafiq müştərilərə tanıdılması
  • Müştərilərin kredit sifarişlərini qəbul etmək, onların maliyyə təhlillərini həyata keçirmək və müvafiq səviyyəli Kredit Komitələrinə təqdim etmək
  • Rəhbərlik tərəfindən müəyyən olunmuş satış üzrə planların vaxtında və tam yerinə yetirilməsi;
  • Kredit portfelinin qurulması və keyfiyyətli idarə edilməsi
  • Kiçik və orta biznes subyektləri ilə əlaqələrin qurulmasını, Bankın məhsul və xidmətlərinin səmərəli satışını və xidmətin yüksək səviyyədə təmin olunmasını təşkil etmək
  • Yaranan hər hansı bir problemi düzgün və vaxtında qiymətləndirib müvafiq olaraq rəhbərinə məlumat vermək, həmçinin problemin həlli yolları barədə təkliflər vermək

Tələblər

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat, bankçılıq və s. əlaqəli ixtisaslar)
  • Bankda Mikro kreditlər və ya Kiçik və Orta Biznes kreditləri üzrə vəzifəyə uyğun olaraq 1-3 il təcrübə
  • Səlis Azərbaycan dili biliyi, xarici dil biliyi arzuolunandır
  • MS Office proqramlarında işləmək bacarığı
  • Analitik təhlil etmə, biznes analizi və maliyyə hesabatlarının təhlilini aparmaq bacarığı
  • Müştərilərlə yüksək ünsiyyət qurmaq və komanda tərkibində işləmək bacarığı

Müraciət et!

Ən sərfəli krediti almaq üçün müraciət et