PAŞA Bank
Kiçik Məhsul Sahibi / KOS
Vakansiya haqqında məlumat:
Kiçik Məhsul Sahibi / KOS
PAŞA Bank namizədləri Kiçik Məhsul Sahibi / KOS vakansiyası üzrə müraciət etməyə dəvət edir.
İşiniz nədən ibarətdir?
- Xüsusi rəqəmsal məhsullar üçün məhsulun backlog-nun yaradılması və prioritetləşdirilməsi;
- Məhsul və biznes metriklərinin monitorinqi və bununla bankın KPI-larına uyğun nəticələrə nail olunması;
- Məhsulun yol xəritəsini və vizionunu formalaşdırmaq, təqdim etmək və komanda üzvlərinə çatdırılması;
- Biznes tərəfdaşlar ilə tələblərin və gözləntilərin həyata keçməsi üzrə dəqiqləşmələr aparmaq, prosesdə çoxşaxəli funksional məhsul komandasınının işində öncül rol oynamaq;
- Müştəriyə sürətli və müntəzəm biznes dəyər yaradan məhsullar təqdim etmək üçün müştəri ehtiyaclarını müəyyən etməkdə əsas rol oynamaq;
- Analitik qruplar ilə koordinasiyada davamlı yaxşılaşdırma səylərinə təşəbbüs etmək və icrasına nəzarət etmək;
- Digər Məhsul sahibləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində məlumatlarla bölüşmə və mümkün dəstəyin verilməsi şəraitində çalışmaq;
- Təşkilat daxilində həll yollarını asanlaşdırır; Məhsul strategiyasına uyğun həlləri prioritetləşdirmək və təqdim etmək üçün hüquq, risk, əməliyyat, marketinq və digər komandalarla əməkdaşlıq edir;
- Bazar araşdırması edir və məhsulun rəqabət qabiliyyətini artırmaq və istifadəni artırmaq üçün imkanları müəyyənləşdirir;
- Agile mərasimlərinin keçirilməsi üçün Agile Kouç ilə əməkdaşlıq edir: sprint planlaşdırılması, demo görüşlər, retrospektivlər və s;
- Texniki həlləri və onların müştərinin ehtiyaclarına necə dəstək göstərdiyini başa düşülməsi;
- Məhsulla əlaqəli yenilikləri dəqiq və vaxtında çatdırmaq üçün maraqlı tərəflərlə kommunikasiya;
- Maraqlı tərəflərə məhsul ilə bağlı təqdimatların təşkili, təlim materiallarının, broşuraların, təlimatların hazırlanması;
- Marketinq funksiyası ilə tandemdə məhsul təşviqi tədbirlərinin hazırlanması.
Sizdən nə tələb olunur?
- 3 ildən artıq məhsul inkişafı üzrə peşəkar təcrübə (biznes və ya İT)
- Güclü analitik bacarıqlar, verilənləri (data) dərindən analiz etmək və anlamaq və ondan qərarları istiqamətləndirmək üçün istifadə etmək və son məhsulu formalaşdırmaq bacarığı
- Sürətli rejimdə nəticə yönümlü işləmək bacarığı
- Keyfiyyətli rəqəmsal məhsulların çatdırılması ilə yanaşı, həm də biznes bankçılığı (KOS, korporativ bankçılıq) anlayışına və ya ən azından B2B məhsulları üzrə anlayışa, eləcə də ekspertin anlayışına malik olmaq.
- Çoxşaxəli biznes sahələri ilə effektiv əlaqə qurmaq qabiliyyətinə sahib olmaq (marketinq, satış, maliyyə, əməliyyat, texnologiya və s.)
- Komandada işləmə bacarığı;
- Problemləri həll etmə bacarığı;
- Konfliktlərin idarəedilməsi;
- Agile və ya Dizayn Thinking üzrə biliklərə sahib olmaq;
- Biznes maliyyəsi üzrə anlayış, məhsuldan asılı olaraq digər bilik və bacarıqların olması;
- Azərbaycan dili – səlis
- İngilis dili – orta (min. Intermediate)
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, 30.05.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!