Kiçik kredit mütəxəssisi | Banco.az

Kiçik kredit mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

TBC Kredit - Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir.

İşəgötürən olaraq TBC Kredit peşəkarlar komandası yaradır, onların ixtisasının artırılmasının, motivasiyasının və sosial müdafiəsinin qayğısına qalır.

Hazırda TBC Kredit BOKT Kiçik kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. 

Öhdəliklər:

  • Potensial müştərlərin obyektlərinə gedib onları cəlb etmək, telemarketing etmək
  • Cəlb etdiyi müştərilərin maliyyə durumunu və ödəniş qabiliyyətini analiz etmək
  • Cari müştərilərlə davamlı ünsiyyət saxlamaq, yeni müştərilərin əməkdaşlığa cəlb etmək
  • Kredit portfelinə nəzarət etmək

Tələblər:

  • Ali təhsil (istənilən)
  • Azərbaycan dilində səlist danışıq qabiliyyəti
  • İş təcrübəsi tələb olunmur
  • Yaxşı ünsiyyət və komanda da işləmə bacarığı
  • Sərbəst şəkildə fikir izah etmə bararığı
  • Yeni insanlarla ünsiyyət qurmağa həvəsli olması
  • Müştəri cəlbetmə və inandırıcılıq qabiliyyəti

Əgər Siz də karyeranızı beynəlxalq təşkilatda başlama imkanını əldə etmək, kredit işini öyrənmək istəyirsizsə, xahiş olunur ki, CV-ləri 30 noyabr 2022-ci il tarixinədək e-mail ([email protected]) vasitəsilə təqdim etsinlər.

E-məktubunuzun "mövzu" (subject) sətrində müraciət etdiyiniz vəzifənin adını "Kiçik kredit mütəxəssisi" qeyd etməyiniz vacibdir. Əks təqdirdə belə müraciət edənlərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
TBC Kredit BOKT

Ən sərfəli krediti almaq üçün müraciət et