PAŞA Bank
Kiçik İR Biznes Patrnyor (Müvəqqəti)
Vakansiya haqqında məlumat:
PAŞA Bank namizədləri Kiçik İR Biznes Patrnyor (Müvəqqəti) vakansiyası üzrə müraciət etməyə dəvət edir.
İşiniz nədən ibarətdir?
- Vəzifə təlimatların hazırlanması və saxlanılması;
- İstedadların cəlb olunması üçün tələblərin qiymətləndirilməsi, kadr seçimi zamanı menecer ilə tərəfdaşlıq;
- Əməkhaqqı təşəbbüslərinin layihələndirilməsi, icrası və idarə edilməsində iştirak;
- Əməkdaşların inkişafı üçün tələblərin müəyyənləşdirilməsi və inkişaf ehtiyacları təhlilinin (DNA) düzgün aparılması üçün birbaşa rəhbərin istiqamətləndirilməsi;
- Fəaliyyət qiymətləndirməsi prosesinin idarə edilməsi: hədəflərin təyini, yarım illik baxış, 360 qiymətləndirmə, illik qiymətləndirmə və mükafatlandırma;
- Əmək münasibətləri məsələlərinin həll edilməsi;
- Daxili müştərilərdən struktur dəyişikliyi ilə bağlı sorğuların həll olunmasında iştirak etmək, təkliflər vermək və sənədləşmədə kömək etmək;
- İR layihələrində aktiv iştirak etmək;
- Strateji işçi qüvvəsinin qiymətləndirilməsi / seçimi / irəli çəkilməsi məqsədilə daxili və xarici namizədlər üçün qiymətləndirmə mərkəzi və vasitəsindən istifadə etmək.
Sizdən nə tələb olunur?
- Təhsil: Sosial elmlər, İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi)
- Tələb olunan iş təcrübəsi: minimum 1 il (işə qəbul, təlim və ya digər İR sahələri)
- Xarici dillər: İngilis (səlis), rus (səlis)
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Bütün İR transformasiya prosesləri (İşə qəbul, Fəaliyyətin qiymətləndirilməsi, Təlim və İnkişaf, Güzəşt və Mənfəət)
- Bazar üzrə biliklər: Əmək məcəlləsi
- Başqa tələblər: Güclü ünsiyyət və nitq bacarığı, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, 20.06.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.