Kiber Təhlükələrinin analizi üzrə Kiçik Mütəxəssis | Banco.az
PAŞA Bank

Kiber Təhlükələrinin analizi üzrə Kiçik Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“PAŞA Bank” ASC olaraq Kiber Təhlükələrinin analizi üzrə Kiçik Mütəxəssis kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)

İşiniz nədən ibarətdir?

• Bankdan daxil olan sorğuların dəstəklənməsi üçün təhdidlərin xarakterinin dəyişməsi ilə əlaqədar tələb olunan məlumat mənbələrinin müəyyənləşdirilməsi;
• “Threat Intelligence” aid məlumat mənbələri uyğunluğunun qiymətləndirilməsi üçün etibarlı hesabatın verilməsi;
• Məlumat boşluqlarının vurğulanması və mənbələrinin təsdiqlənməsi;
• İnformasiya emal texnologiyasından istifadə etməklə analiz üçün məlumatların toplanması;
• Təhdidlərin landşaftı haqqında proqnozlaşdırılmış təsəvvür yaratmaq üçün daxil olan “Threat Intelligence” məlumatlarının Bankla əlaqəsini və təsirini müəyyənləşdirmək üçün təhlillərin aparılması;
• Yeni komprometasiya göstəricilərinin (IOCs) müəyyənləşdirilməsi və məlumat bazasının (IOC) davamlı şəkildə saxlanılmasına nəzarət;
• Təhlükəsizlik avadanlıqlarının siyasətinə dəyişiklik etməklə bağlı təkliflərin verilməsi;
• Təhlükəyə aid yeni “IOC”-ların sayı, təhdidlərlə əlaqəli yenilənmiş “IOC”-ların sayı, təhdidlərə aid “TTP”-lər və təsirə məruz qalan sistemləri əhatə edən yeni nöqsanlar barədə hesabatın təqdim edilməsi;
• “Use Case” hazırlanma növbəliliyinin idarəsi və onun prioritetliyinin müəyyənləşdirilməsi;
• Yeni müəyyən edilmiş təhdid, təsirlənmiş aktiv və əlaqəli hücum vektorlarının biznes tələbləri ilə birlikdə “Use Case”-lərə çevrilməsi;
• Müəyyən edilmiş metodologiya və prosesdən istifadə etməklə “Use Case” inkişafının həyat dövrünün idarə edilməsi;
• Müəyyən olunmuş hesabat göstəricilərinə əsasən müntəzəm hesabatın təqdim edilməsi;
• Zəifliklərin idarə olunması platformalarına dəstək göstərilməsi;
• Bütün kritik texnoloji platformaların zəiflik taramasının səmərəli işinin (tam əhatə dairəsini) təmin edilməsi;
• “Security Content Automation Protocol”a (SCAP) uyğun zəiflik tarama vasitəsi ilə sistemlərdəki bütün potensial zəifliklərin müəyyənləşdirilməsi və şəbəkədəki bütün sistemlərin avtomatik taraması;
• Müxtəlif zəifliklərin skanerlər ilə aşkarlanması.

Sizdən nə tələb olunur?

• Təhsil: İT, Tətbiqi Riyaziyyat və ya müvafiq sahə üzrə Bakalavr təhsili
• İş təcrübəsi: Kiber Təhlükəsizlik və ya müvafiq İT sahəsi üzrə 3 il
• Lisenziya/Sertifikat: CCNA Security, CompTIA Security, CompTIA CySA
• Xarici dil: İngilis, Rus
• Kompüter bilikləri: Bir və ya daha çox “Threat Intelligence” platformaları, açıq mənbə “Threat Intelligence” üzrə (OSİNT) məlumat toplama alətləri, “Threat Intelligence” vendor portalları, OWASP top 10 və WASC Threat Classification
• Network forensics sahəsində bilik/təcrübə: Şəbəkə trafiki protokolları, trafik təhlili (PCAP), müdaxilənin aşkarlanması
• Digər:

Güclü analitik və problem həll etmək qabiliyyəti
Şifahi/yazılı kommunikasiya və komanda şəklində effektiv işləmə bacarıqları
Müvafiq məlumat formatlar (JSON, STIX) və jurnal formatları üzrə biliklər
Təhlükəsizlik hadisələrinin cavablandırılmasının əsasları haqqında bilik

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 26.11.2021-ci il tarixinədək [email protected] ünvanına başlıqda “Kiber Təhlükələrin analizi üzrə Kiçik Mütəxəssis” və ya “Junior Specialist in Cyber Threats Analysis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et