PAŞA Bank
Kiber-insidentlərin monitorinqi və cavablandırılması üzrə mütəxəssis
Vakansiya haqqında məlumat:
Kiber-insidentlərin monitorinqi və cavablandırılması üzrə mütəxəssis
İşiniz nədən ibarətdir?
- Kiber-insidentlərin prioritetinin müəyyənləşdirilməsi; (L1 qiymətləndirmələrini yoxlanılması)
- Kibertəhlükəsizlik hadisələrinin araşdırılması və sistem sahibləri ilə əlaqə;
- Müxtəlif vasitələrdən daxil olan məlumatlara əsaslanaraq şübhəli halların araşdırılması;
- Jurnal (log) faylların təhlili və kiber-insidentlərin qarşısının alınmasında fəal iştirak;
- Zəruri hallarda problemlərin eskalasiya edilməsi;
- Yüksək və kritik prioritet hadisələri haqqında CIRT (Kibertəhlükəsizlik insident cavab qrupu) və L3 bildirilməsi;
- Əlavə məlumat toplamaq üçün L1 cəlb edilməsi;
- Kiber-insidentlərin L3 eskalasiya edilməsi;
- Təyin olunmuş sorğuların növbəliliyi əsasında iş prosesi;
- Cari zəifliklər və təhdidlər haqqında, xüsusilə daxili sistemlərə birbaşa təsir edən amillər haqqında məlumatlı olmaq;
- SİEM-in idarə edilməsi və “Playbook”ların hazırlanmasında iştirak;
- L1 monitorinq növbələrinin idarəedilməsi.
Tələb edilən bilik, bacarıq və təcrübə
TƏHSİL
İnformasiya texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahə üzrə Bakalavr təhsili
İŞ TƏCRÜBƏSİ
İT Əməliyyatları və ya kibertəhlükəsizlik üzrə 1-3 il
XARİCİ DİL
İngilis və Rus
KOMPÜTER BİLİKLƏRİ
- Şəbəkə təhlükəsizliyi, firewall, IDS/IPS, şəbəkə protokolları (i.e. TCP/IP) haqqında biliklər
- Zərəvericiliyə qarşı və digər kibertəhlükəsizlik vasitələri haqqında biliklər
- Son istifadəçi ƏS və Server ƏS haqqında biliklər
- Active Directory, LDAP, DNS, VPN və DHCP haqqında biliklər
- Syslog, http jurnalları, DB jurnalları və hadisə ilə bağlı tədqiqatın aparılması üçün məlumatlara sahib olmaq
- Jurnalların idarəetmə və ya təhlükəsizlik məlumatlarının idarəolunması vasitələri (SIEM) ilə təcrübə
- Təhlükəsizliyin qiymətləndirilməsi vasitələri üzrə təcrübə (NMAP, müxtəlif zəiflik skannerləri və s.)
SERTİFİKATLAR
CCNA, RHCSA, MCP, MCITP, CCNA Security, CompTIA Security+; CompTIA CySA+ və kibertəhlükəsizliyə aid digər sertifikatlar arzuolunandır.
DİGƏR
- Güclü analitik və problemi həll etmə bacarıqları
- Komandada iş bacarıqları
- Şifahi və yazılı ünsiyyət bacarıqları
- Kök-səbəb təhlili və problem həll etmə bacarıqları
- İnformasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsi bacarıqları
PAŞA Bank sizə nə vəd edir?
- Tibbi sığorta
- İllik müəyyən məbləğdə tibbi xərclərin qarşılanması
- İllik mükafatlar
- Fəaliyyət ilinin tamamında daxili qaydalara uyğun bonuslar və mükafatlar
- İdman güzəştləri
- İllik müəyyən məbləğdə idman
- xərclərinin qarşılanması
Arzularının komandasını birlikdə yaradaq : https://bit.ly/3Jnw1vN
Bizi sosial şəbəkələrdən izləyin!!