Kassa bölməsinin kiçik eksperti | Banco.az
Bank of Baku

Kassa bölməsinin kiçik eksperti

Vakansiya haqqında məlumat: 

 

Kassa bölməsinin kiçik eksperti

Əsas vəzifə və öhdəliklər

  • Manatda və xarici valyutada nağd pul vəsaitlərinin, habelə digər qiymətlilərin və ciddi hesabat blanklarının qəbul edilməsi, verilməsi və saxlanılması üzrə əməliyyatların həyata keçirilməsi
  • Mədaxil və məxaric sənədlərinin yoxlanılması
  • Əməliyyatların bankın əməliyyat proqramında əks etdirilməsi
  • Bankomatların və ödəniş terminallarının inkassasiyasının həyata keçirilməsi

Seçim meyarları

  • Ali iqtisadi təhsil
  • Əla Azərbaycan dili bilikləri (Rus dili arzuolunandır)
  • MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
  • Böyükhəcmli rəqəmli məlumatlarla işləmək bacarığı
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olmaq

İş şərtləri

  • İş yeri: Bakı filialları
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Kassa üzrə kiçik ekspert qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram