Kapital Bank
Kart Prosessinqinə dəstək şöbəsinin aparıcı mütəxəssisi
Vakansiya haqqında məlumat:
Kart Prosessinqinə dəstək şöbəsinin aparıcı mütəxəssisi
Ümumi məlumat
Kapital Bank namizədləri Bank sistemlərinin idarə edilməsi departamenti Kart Prosessinqinə dəstək şöbəsinin aparıcı mütəxəssisivəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
- Prosessinq sistemi modullarının optimal iş rejiminin təşkili üçün monitorinqlərin aparılması;
- TWCMS proqram təminatında yeni yaradılan bank məhsullarının parametrləşdirilməsi, testləşdirilməsi;
- Yeni plastik kart servislərinin yaradılması və tətbiqinin həyata keçirilməsi;
- Yerli struktur bölmələrdə TWCMS proqram təminatından istifadə zamanı proqram təminatı və ya müştərilərlə yaranan hər hansı problemin araşdırılması və həlli;
- JİRA-proqram təminatında TWCMS proqram təminatında hər hansı problem və yaxud yeniliklərin edilməsi məqsədilə müvafiq movzuların yaradılması;
- CompassPlus şirkətinin ixtisaslı mühəndisləri ilə yazışmalar apararaq müsbət nailiyyətlərin əldə edilməsi;
- Yeni sistemlər üzrə seminar və tədbirlərdə iştirak etmək;
- Yeni sistemlər üzrə metodiki göstərişlərin hazırlanması;
- Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
- Birbaşa rəhbəri, İdarə Heyəti sədri, tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Tələblər:
- Ali təhsil;
- İnformatika və texniki sahə üzrə ixtisas;
- Sahə üzrə ən azı 1 illik iş təcrübəsi;
- Dil bilikləri: Texniki İngilis dili biliyi; Orta səviyyədə Rus dili biliyi;
- Məsuliyyətli;
- Diqqətcil;
- Komanda ilə işləmə bacarığı.
CV-lərinizi, mövzu hissəsində “Kart Prosessinqinə dəstək şöbəsinin aparıcı mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.