Bank of Baku
İstifadəçilərin texniki dəstəklənməsi şöbəsinin kiçik eksperti/eksperti
Vakansiya haqqında məlumat:
İstifadəçilərin texniki dəstəklənməsi şöbəsinin kiçik eksperti/eksperti
Tələblər
- Ali təhsil (İnformasiya texnologiyaları sahəsi üstünlükdür.)
- Sahə üzrə 1 ildən çox iş təcrübəsi
- Məlumatları bərpa edə bilmək, Active Directory (anlayış), şəbəkə qurğuları ilə işləmək bacarığı
- Windows 10 (Server 2016, 2019 arzu olunandır), Microsoft Office 2013, 2016, 2019 proqramları ilə dərindən işləmək bacarığı
- Azərbaycan dili əla, ingilis dili və rus dili üzrə yaxşı səviyyədə biliklər
- Ünsiyyətqurma və təşkilatçılıq bacarıqlarının olması
- Problem həll etmə və analitik düşünmə qabiliyyətinin, həmçinin vaxtı idarəetmə bacarığının yaxşı səviyyədə olması
Əsas vəzifə və öhdəliklər
- Texniki işlərin təlimatlara uyğun yerinə yetirilməsi
- Bankın kompüter və ofis texnikasının mütəmadi profilaktikası və diaqnostikasının keçirilməsi
- Profilaktika və diaqnostika zamanı ortaya çıxan nasazlıqların aradan qaldırılması
- Ödəniş sistemlərinin texniki dəstəklənməsi, sazlanması, sertifikatların qurulması
- MKR, APUS sistemlərinin texniki dəstəklənməsi və sazlanması
- İş qrafiki: 5 iş günü, 09:00-18:00
- İş yeri: Əməliyyat Mərkəzi (Nərimanov ray., Ağa Neymətulla küç. 63/65)
Müraciət qaydası
Müraciət etmək istəyən namizədlər CV-ləri subject bölməsində İstifadəçilərin texniki dəstəklənməsi şöbəsinin kiçik eksperti/eksperti qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Bizi sosial şəbəkələrdən izləyin!!