İstehlak kreditləri şöbəsi üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis | Banco.az
Bank BTB

İstehlak kreditləri şöbəsi üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Bank "BTB" ASC  İstehlak kreditləri şöbəsi üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis vəzifələrinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş Bank "BTB" ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank "BTB" ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

İş barədə məlumat:

  • Bankın bütün müştərilərini yeni və mövcud istehlak kredit məhsulları ilə tanış edir;
  • İstehlak krediti məhsullarının mövcud qaydalar və şərtlər çərçivəsində satışını həyata keçirir;
  • Kredit sifarişlərini qəbul edir, bankdaxili qaydalara uyğun olaraq, onları qiymətləndirir, sifarişləri hazırlayır və kreditlərin ödənişlərinə nəzarət edir;
  • Bankdaxili qaydalara və kreditlərin şərtlərinə əsasən kreditlərin monitorinqlərini aparır;

Namizədə tələblər:

  • Ali iqtisadi təhsil;
  • İstehlak kreditləri sahəsində ən azı 1 il iş təcrübəsi
  • Ünsiyyət qurma bacarığı;
  • Təqdimetmə və satış bacarığı;
  • Planlaşma və təşkiletmə bacarığı;
  • Monitorinq və nəzarət etmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində)  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İstehlak kreditləri üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis)  göstərməyiniz xahiş olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et