İR Departamenti (İşə qəbul və İnkişaf üzrə təçrübəçi)
“AGBank” ASC 1992-ci ildə təsis olunub və hazırda Azərbaycanın aparıcı banklarından biridir.
Hazırda, AGBank çox saylı müasir bank xidmətlərini, o cümlədən hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar, səyahət çekləri və kommersiya çekləri xidmətlərini göstərir.
AGBank həm özünün “Zəngin olmaq haqqınızdır” şüarında, həm konkret fəaliyyət və xidmətlərin əks olunan müştəriyə maksimal fayda prinsipi əsasında onlarla öz münasibətlərini qurur. Ən mühüm məsələlərdən biri müştəri xidmətinin keyfiyyətinin daima yaxşılaşdırılması, göstərilən xidmətlərin çeşidinin genişləndirilməsi və onlara tətbiq olunan şərtlərin optimallaşdırılmasından ibarətdir.
∙ İş yeri - AGBank-ın mərkəzi ofisi (Bakı Landau 16)
∙ Həftədə 5 iş günü (09:00 – 18:00) fasilə (13:00-14:00)
∙ AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
∙ Mehriban kollektiv və karyera inkişafı imkanları
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi (anketlərinizi) [email protected] emailinə göndərməyiniz xahiş olunur. Əlaqəli şəxs - Zaur İzmaylov.
Mövzuda – İnsan Resursları (Təcrübəçi) adını qeyd etməyiniz xahış olunur
∙ Bakı və bölgələrdə İşə qəbul proseslərində iştirak etmək
∙ Namizəd anketlərinin analizi, ilkin seçim turlarında iştirak etmək
∙ Yeni işçilərin test olunması
∙ Işə qəbul və İnkişaf Şöbə əməkdaşlarına dəstək olmaq
∙ Universit məzunu və ya qiyabi təhsil alan son kurs tələbəsi
∙ Kompyuter bilikləri əla səviyyədə, MS Office proqramlarında sərbəst işləmə bacarığı
∙ Azərbaycan və rus dili bilikləri, ingilis dili (orta səviyyədə)
∙ Məsuliyyətli və diqqətli
∙ Ünsiyyət qurma və yüksək təqdimat bacarığı
∙ Problemləri həll etmə bacarığı
∙ Yaş həddi 20 – 24
∙ Kişi namizədlərə üstünlük verilir
∙ İnsan Resursları sahəsində karyera qurmaq istəyi