İqtisadi təhlükəsizlik şöbəsinin mütəxəssisi | Banco.az
Expressbank

İqtisadi təhlükəsizlik şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Təsvir

  • Kreditlərin verilməsində və kassa əməliyyatları prosesində dələduzluq hallarının aşkar edilməsi üçün profilaktik yoxlamalar həyata keçirir;
  • Bankın təchizat xərclərinin nəzarətini həyata keçirir və həmin xərclərin azalması istiqamətində işlər görür, dələduzluq hallarını aşkar edilməsi üçün profilaktik yoxlamalar keçirir;
  • Bankdaxili vakansiyalara namizədlərin işə qəbulu zamanı onların yoxlanılmasını həyata keçirir;
  • Dələduzluq faktları, eləcə də, iqtisadi təhlükəsizlik baxımından təhlükəli hadisələrin aşkarlanması zamanı daxili araşdırmanın aparılmasını təmin edir.

 

Bizim üstünlüklərimiz:

  • Tibbi sığorta;
  • Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər;
  • Professional və maddi inkişaf perspektivləri;
  • Peşəkar korporativ mühitdə işləmək imkanı.

 

Tələblər

  • Ali təhsil;
  • Azərbaycan dili sərbəst, Rus və İngilis dili arzuolunandır;
  • Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilməli;
  • SQL biliklərinin olması arzuolunandır;
  • Analitik təhlil və bazar araşdırması sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir;
  • Komandada işləmə bacarığı;

Müraciət üçün daxil olun