Bank BTB
İpoteka kreditləri üzrə Kiçik mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis
Vakansiya haqqında məlumat:
Bank “BTB” ASC İpoteka kreditləri üzrə Kiçik mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
İş barədə məlumat:
- İpoteka kreditini Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun və Mənzil İnşaatı Dövlət Agentliyi tələblərinə uyğun rəsmiləşdirir;
- Verilmiş ipoteka kreditlərinin Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən vaxtında yenidən maliyyələşməsini təmin edir;
- Verilmiş ipoteka kreditləri üzrə sığorta müqavilələrinin vaxtında uzadılmasını təmin edir;
- İpoteka müştərilərinin ödənişləri barədə mütəmadi təhlillər aparır, müvafiq proqram təminatında hesabatlar hazırlayır;
- İpoteka krediti və sığorta ödənişləri üzrə kredit portfelinə nəzarət edir;
Namizədə tələblər:
- Ali təhsil (maliyyə sahəsində olması arzuolunandır);
- Mövcud sahədə 1 il iş təcrübəsi;
- Elektron ipoteka sistemində işləmə bacarığı;
- Təqdim etmə, təhlil etmə və satış bacarığı;
- Analitik düşüncə;
- MS Office (Word, Excel) proqramları üzrə biliklər;
- Mükəmməl Azərbaycan dili;
- Əla ünsiyyət bacarıqları;
- Məsuliyyət, dəqiqlik, aydın nitq, detallara diqqət yetirmək qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İpoteka kreditləri üzrə Kiçik mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis) göstərməyiniz xahiş olunur.