İnzibati işlər üzrə mütəxəssis (İnzibati idarəetmə və kargüzarlıq) | Banco.az
Expressbank

İnzibati işlər üzrə mütəxəssis (İnzibati idarəetmə və kargüzarlıq)

Vakansiya haqqında məlumat: 

 

İnzibati işlər üzrə mütəxəssis (İnzibati idarəetmə və kargüzarlıq)

Təsvir

  • Banka daxil olan və bankdan göndərilən sənədlərlə iş (qəbulu, qeydiyyatı və aidiyyatı üzrə yönləndirilməsi);
  • Bankdaxili bütün növ sifarişlərin (dəftərxana, ofis avadanlığı və ləvazimatlar) ESD-yə yerləşdirilməsi və işçilərə təhvil verilməsi;
  • Görüş otaqlarının bronlaşdırılması;
  • Ofisdə səliqəyə, təmizliyə və dəftərxana ləvazimatlarına nəzarət;
  • Print-pointlərin səliqə və təmizliyinə nəzarət;
  • Ofisin anbarına nəzarət və anbarla işin aparılması (anbarın vaxtlı-vaxtında təsərrüfat malları ilə təchiz edilməsi və möhkəmləndirilməsi, anbardakı əşyaların, mal-materialın saz vəziyyətdə saxlanması və dövriyyəsinə nəzarət);
  • Müvafiq əmrlə müəyyən edilmiş qaydada və müddətdə anbar qalıqları barədə hesabatın verilməsi;
  • Texniki işçi heyətinin (xadimə, çayçı) işinə nəzarət;
  • Havalandırma, soyutma, isitmə sistemlərinin işinə nəzarət;
  • İnzibati binada təşkilati məqamların həlli (ustaların, fəhlələrin vaxtlı-vaxtında hadisə yerinə gəlməsinin təmin olunması və digər administrativ sorğu və sualların həll olunması);
  • Banka daxil olan mal-materialın (sular, mallar) qəbulu;
  • İnventarların ofisdaxili dövriyyəsinə nəzarət (işdən çıxan, işə qəbul olan işçilərlə inventarların təhvil-təslimi);
  • “Onlayn kargüzarlıq” sistemi vasitəsilə daxil olan və göndərilən sənədlərlə iş (qəbulu, qeydiyyatı və aidiyyatı üzrə yönləndirilməsi);
  • Rəhbərliyin imzası tələb olunan sənədlərin qəbul edilməsi, imzaya təqdim edilməsi, imzadan sonrakı qeydiyyatının aparılması və aidiyyatı struktur bölmələr üzrə göndərilməsi;
  • Arxiv sorğularının (tələbnamələrin) qəbulu, emalı, cavablandırılması;
  • Kuryer və poçt daşınmaları işinin təşkili (məktubların, sənədlərin, bank kartlarının filiallararası, ofislərarası, şəhərdaxili, şəhərxarici dövriyyəsinin təşkili).

Əlavə məlumatlar:

  • İş vaxtı: 09:00-18:00
  • İş qrafiki - 5gün
  • Əmək haqqı razılaşma əsasında.

Bizim üstünlüklərimiz:

  • Tibbi sığorta;
  • Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər;
  • Professional və maddi inkişaf perspektivləri;
  • Peşəkar korporativ mühitdə işləmək imkanı.

Tələblər

  • Dəqiqlik, səliqəlilik, məsuliyyət hissi, fikri bir neçə istiqamət üzrə bölüşdürmək bacarığı tələb olunur.
  • Yazılı və şifahi Azərbaycan dilini yüksək səviyyədə bilməlidir. 
  • Humanitar (filoloji, pedaqoji) təmayül arzuolunandır.

Müraciət et!

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et