İnzibati işlər üzrə koordinator vəzifəsi
“PAŞA Bank” ASC İnzibatçılıq və Satınalmalar Departamentində koordinator vəzifəsini tutmaq üçün təcrübəli inzibatçılıq və satınalmalar mütəxəssisini işə dəvət edir. İnzibatçılıq komandasının üzvü olaraq, həmin işçi Bankın inzibati resursların tam şəkildə və lazımınca istifadə edilməsini və müvafiq nəzarət sistemlərinin fəaliyyət göstərməsini təmin etməkdə fəal iştirak edəcək.
CV-ni http://www.pashabank.az/career/lang,az/ ünvanda doldurmaq olar. Namizədlərdən CV ilə birlikdə niyyət məktubu da göndərməsi xahiş olunur.
Mal (xidmət) podratçılarının təkliflərinin səmərə/qiymət meyarı əsasında təhlilini aparmaq;
Bankın digər strukturlarını lazımi avadanlıq və ləvazimatlar ilə təchizində iştirak etmək;
Bankın nəqliyyat vasitələrinin səmərəli istifadəsinə nəzarət etmək;
Bankın texniki heyətinin fəaliyyətinə nəzarət etmək;
Müxtəlif məqsədlər üçün hesabatları və digər sənədləri tərtib etmək.
Bu vəzifənin əsas məqsədi Bankın departamentlərinə göstərilən inzibati xidmətləri təşkil etmək və onlara nəzarət etməklə biznesinin bütövlükdə inkişafına dəstək verməkdir. Bu vəzifə ücün müraciət edən namizədlərin inzibatçılığın və satınalmaların bütün sahələri barədə dərin anlayışa, iqtisadiyyat və biznes əməliyyatları sahələrində təhsilə və həmçinin aparıcı Azərbaycan və ya xarici şirkətində müvafiq iş təcrübəsinə malik olması tələb olunur:
Nüfuzlu təhsil müəssisəndən iqtisadiyyat, biznesin idarə olunması və ya əlaqəli sahədə ən azı bakalavr dərəcəsi;
İnzibatçılığın və satınalmaların biznesin fəaliyyətinə necə təsir göstərdiyinə dair dərin anlayışa malik olmaq;
İnzibatçılıq və satınalmalar sahələrində beynəlxalq sertifikasiyaya malik olmaq üstünlük hesab olunacaq;
Azərbaycan və İngilis dilində mükəmməl şifahi və yazılı kommunikasiya bacarığı, Rus dilini yaxşı bilmək;
Hesabatlar yazmaq və şifahi təqdimatlar etmək təcrübəsi;
Yüksək təzyiq altında işləmək qabiliyyəti;
Təşəbbüs göstərmək, problemləri həll etmək, əlaqə qurmaq və komandada işləmək qabiliyyətləri.
