İnvestisiya şöbəsində təcrübə proqramı | Banco.az
Kapital Bank

İnvestisiya şöbəsində təcrübə proqramı

Vakansiya haqqında məlumat: 

 

İnvestisiya şöbəsində təcrübə proqramı

Ümumi məlumat

Kapital Bank namizədləri Xəzinədarlıq departamentinin İnvestisiya şöbəsinin təcrübəçi vəzifələsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Yerli şirkətlərin profilinin araşdırılması və kredit riskinin müəyyənləşdirilməsi;
  • Şirkətlərin detallı qiymətləndirilməsi: maliyyə hesabatlarının yoxlanması və kapitalın dəyərinin qiymətləndirilməsi;
  • Şirkətlərin aid olduğu sektorların araşdırılması və təhlil hazırlanması;
  • Proqnozlaşdırma və qiymətləndirmə məqsədli modellərin hazırlanması və tətbiqi;
  • Yerli və qlobal bazarlarda gedən trendlərin araşdırılması, izlənməsi və müvafiq hesabatların hazırlanması;
  • Bankın investisiya portfelinə nəzarət və idarəçiliyə dəstək;
  • Maliyyə modellərin qurulması, təhlil, scoring/qiymətləndirmə və avtomatlaşdırmanın tətbiqi;
  • Yerli və xarici şirkətlərin dəyərinin müəyyənləşdirilməsi üzrə scoring modellərin qurulması;
  • Yerli və qlobal bazarlarda gedən trendlərin araşdırılması, izlənməsi və müvafiq təhlil və modellərin qurulması.

Tələblər

  • İqtisadiyyat, maliyyə və ya riyaziyyat sahəsində ali təhsil;
  • Yüksək səviyyədə mühasiblik, maliyyə, kəmiyyət analizi və biznes yazışma bacarıqları;
  • Yüksək Excel bilikləri və təcrübəsi;
  • Kodlaşdırma bacarıqları (Python, Java);
  • Python, SQL, Tableau və Excel VBA ilə real ş təcrübəsi;
  • Tədqiqat, investisiya və və mühasiblik sahəsində 1-3 illik iç təcrübəsi;
  • MS Word, MS Excel, Power Point, Outlook proqramları ilə işləmək bacarığı;
  • CFA sertifikatı arzuolunandır.

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et