İnsan Resurslarının idarə edilməsi üzrə Baş mütəxəssis | Banco.az
ABB

İnsan Resurslarının idarə edilməsi üzrə Baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“Azərbaycan Beynəlxalq Bankı” Transformasiya ofisinə İnsan Resurslarının idarə edilməsi üzrə Baş mütəxəssis vakansiyasını açıq elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankınınyaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

  • Bankın müvafiq istiqamət üzrə mövcud vəziyyətinin təhlili, İnsan resurslarının idarə edilməsi üzrə layihələrin hazırlanması və həyata keçirilməsi prosesində iştirak;
  • Transformasiya prosesinin ümumi inkişaf gedişinə dair hesabatların hazırlanması və kommunikasiyasının həyata keçirilməsi;
  • Layihələrin icrasının sıx şəkildə izlənməsi, icra prosesinə dair məqamların sintezi və yenilənməsi;
  • Mümkün risk və əngəllərin dövri olaraq dəyərləndirilməsi, müvafiq resursların ayrılması prosesinin koordinasiyası, təkliflərin verilməsi;
  • Layihələrin icrasına, KPI-ya və qiymətləndirmə meyarlarına dair məlumatların toplanması, təhlili, geniş müzakirəyə hazırlanması və daxili kommunikasiyası;
  • Həyata keçirilən yeniliklər barədə Bank daxili təşviqat

Profil tələbləri:

  • Yüksək mühakimə qabiliyyəti, lazımi məlumatları müxtəlif mənbələrdən toplayaraq rəhbərlik üçün icmallaşdırmaq bacarığı;
  • Yaxşı problem həll etmə qabiliyyəti;
  • Yaxşı ünsiyyət və təqdimat bacarıqları, müxtəlif maraqlı tərəflərlə ünsiyyət quraraq fərqli rəylərlə təsir göstərmək imkanı;
  • Təşkilat daxilində nüfuz və hörmət qazanması, komandada yaxşı iş əlaqələri qurmaq qabiliyyəti;
  • Güclü analitik təfəkkür, yaxşı strukturlaşdırma və rəqəmlərlə iş vərdişləri;
  • Detallarla rahat işləmə qabiliyyəti;
  • Yaxşı monitorinq və qiymətləndirmə bacarıqları;
  • Transformasiya prosesinin əhəmiyyətini düzgün dərk etməkdən ötrü təşkilatın üzləşdiyi işgüzar və siyasi problemləri dərindən anlaması.

Bacarıq və təcrübə tələbləri:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • İnsan resurslarının idarə edilməsi sahəsində ən azı 2-5 illik iş təcrübəsi;
  • Təşkilatın korporativ mədəniyyətini və motivasiya gücünü dərk etmək, effektivliyin idarə olunmasına dair biliklərə malik olmaq;
  • Əsas İR prosesləri barədə biliklər;
  • Əmək bazarını, eləcə də müvafiq rol və funksiyalar üzrə potensial istedadların olduğu yerləri bilmək;
  • Rus və İngilis dillərini yüksək səviyyədə bilmək;
  • İnsan resuslarının idarə edilməsi üzrə beynəlxalq sertifikatların olması arzuolunandır;
  • PowerPoint proqramında iş, aydın slaydların və cəlbedici mesajların hazırlanması bacarığı

Göstərilən tələblərə cavab verən namizədlər bankın daxili CV formasını 20 dekabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Transformasiya ofisinə İnsan Resurslarının idarə edilməsi üzrə Baş mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et