İnformasiya Sistemlərinin İdarə Edilməsi və Dəstək şöbəsi üzrə Kiçik mütəxəssisi / Mütəxəssis / Aparıcı mütəxəssis | Banco.az

İnformasiya Sistemlərinin İdarə Edilməsi və Dəstək şöbəsi üzrə Kiçik mütəxəssisi / Mütəxəssis / Aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Kreditlərin Bərpası Departamentinin İnformasiya Sistemlərinin İdarə Edilməsi və Dəstək şöbəsi üzrə Kiçik mütəxəssisi / Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis” vakansiyalarını elan edirik.

Öhdəliklər:

  • Dövrü hesabatların hazırlanması və təqdim edilməsi;

  • Rəhbərlik tərəfindən təyin edilmiş tapşırıqların yerinə yetirməsi;

  • Sənədlərin hazırlanması və vaxtında təhvil verilməsi. Tələblər:

  • Bankın dəyərlərinə uyğun davranış;

  • Kiçik mütəxəssis vakansiyası üzrə bank sahəsində təcrübə arzuolunandır, mütəxəssis vakansiyası üzrə bank sahəsində ən azı 1 il iş təcrübəsi, aparıcı və baş mütəxəssisi vakansiyası üzrə isə bank sahəsində ən azı 3 il iş təcrübəsi (əsasən əməliyyat şöbəsi);

  • Güclü ünsiyyət və komandada işləmək bacarığı;

  • Məsuliyyət, stresə davamlılıq və dəqiqlik;

  • Yüksək analitik və riyazi düşüncə qabiliyyəti;

  • Avtomatlaşdırma üzrə texniki biliklər;

  • Hesabatların hazırlanması üzrə biliklər;

  • Yüksək səviyyədə kompüter bilikləri (MS Office, xüsusilə ilə Excel proqramı üzrə biliklər). Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;

  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;

  • Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;

  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Kreditlərin Bərpası_Reporting_Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
Yelo bank