Vakansiya haqqında məlumat:
Namizədlər üçün irəli sürülən tələblər:
- Maliyyə / mühasibatlıq və ya digər müvafiq ixtisasa malik olmaq;
- Yaxşı Beynəlxalq Maliyyə Hesabatları Standartları (İFRS) bilikləri;
- Mühasibatlıq / audit sahəsində ən azı 2 illik iş təcrübəsi (bank sahəsində iş təcrübəsinə üstünlük verilir);
- Azərbaycan, ingilis və rus dillərini işgüzar səviyyədə yaxşı bilmək;
- MicrosoftOfficesahəsində (Excel, Word, PowerPointvə s.) yaxşı işgüzar vərdişlər, SQLbiliyinə üstünlük verilir;
- Mükəmməl təşkilati vərdişlər və çoxsaylı prioritetləri idarə etmək bacarığı;
- Müxtəlif səviyyələrdə ünsiyyət saxlamaq bacarığı;
- Fəallıq, minimal göstərişlər əsasında effektiv hərəkət etmək bacarığı;
- Prosesləri yoxlamaq, təkmilləşmiş metod və layihələri reallaşdırmaq;
- Mürəkkəb işgüzar məsələlərin həlli yollarını axtarmaq bacarığı.
Vəzifə öhdəlikləri:
- Aylıq, rüblük, (yarım)illik balans hesabatlarının, mənfəət və zərər haqqında hesabatların və pul vəsaitlərinin hərəkəti haqqında hesabatların hazırlanması
- İFRS üzrə yarımillik və illik maliyyə hesabatlarına dair qeydlərin hazırlanması
- Maliyyə hesabatlarının təhlili / auditi zamanı kənar auditorların koordinasiyası
- Maliyyəməlumatlarınıntəhlilivərəhbərliküçünhesabatlarınhazırlanması
- Bölmələrin zəruri maliyyə və qeyri-maliyyə göstəriciləri və məlumatları ilə təmin olunması
- Seçim əsasında: məhsulun maya dəyərinin hesablanması və filialın mənfəətliliyinin təhlili
|
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.
Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
Müraciət üçün son tarix: 25.11.2016
|