Paşa Bank
IFRS üzrə Baş Mütəxəssis
Vakansiya haqqında məlumat:
IFRS üzrə Baş Mütəxəssis
PAŞA Bank namizədləri IFRS üzrə Baş Mütəxəssis vakansiyası üzrə müraciət etməyə dəvət edir.
İşiniz nədən ibarətdir?
- Milli Mühasibat Uçotu Standartları və MHBS-ə uyğun olaraq daxili və xarici maliyyə və vergi hesabatlarının işlənib hazırlanması və razılaşdırılmış vaxt çərçivəsində təqdim olunması;
- Bankın gündəlik fəaliyyətində mühasibat uçotuna nəzarət və koordinasiya (MHBS-yə uyğun olaraq);
- İllik və yarımillik IFRS maliyyə hesabatlarının hazırlanması;
- Xarici auditorların illik audit və yarım illik İFRS hesabatının yoxlamasında dəstəyin göstərilməsi;
- Bankın törəmə şirkətləri ilə İFRS-in tərtibi üzrə daimi kommunikasiyanın qurulması;
- BMUS əsasında hazırlanmış Maliyyə Hesabatı Siyasətinin maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması və nəzarət;
- MHBS və MUBS əsasında Maliyyə Mühasibat Siyasətinin hazırlanması və həyata keçirilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: maliyyə və iqtisadiyyat sahəsi üzrə ali təhsil
- Təcrübə: müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi
- Xarici dil: ingilis dili, rus dili (orta)
- Kompüter bilikləri: "Microsoft Office" proqramları
- Lisenziya / Sertifikat: ACCA, DipIFR, CPA
- Məhsul bilikləri: bank məhsulları üzrə biliklər
- Bazar bilikləri: maliyyə, iqtisadiyyat üzrə biliklər
- Başqa tələblər: vergi məcəlləsi üzrə biliklər (təməl səviyyədə), Mərkəzi Bankın tələbləri (orta səviyyədə).
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, 14.05.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!