İcra orqanları ilə iş şöbəsinin hüquqşunası | Banco.az
Kapital Bank

İcra orqanları ilə iş şöbəsinin hüquqşunası

Vakansiya haqqında məlumat: 

 

Ümumi məlumat

Kapital Bank namizədləri Problemli kreditlərin hüquqi təqibi departamentinin İcra orqanları ilə iş şöbəsinin hüquqşunası vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir
  • Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir
  • Problemli kreditlərlə bağlı məhkəmə və digər orqanlarının icrasını təmin etmək
  • İcra orqanları ilə əlaqədar olaraq borclunun iş yerinin müəyyən edilməsini təmin etmək
  • Borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə icra məmurları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanlarına sorğuların verilməsini təmin etmək və s.
  • İşlər üzrə birinci və apellyasiya instansiya məhkəmələrində Bankı nümayəndə qismində təmsil edir
  • Hüquq mühafizə orqanları və şöbənin icraatında olan işlərin xüsusiyyətindən asılı olaraq digər idarə və təşkilatlarla münasibətlərdə Bankı təmsil edir
  • Hüquq mühafizə orqanlarından Banka daxil olan sorğu və müraciətlərə baxır və qanunvericiliyə müvafiq cavablar hazırlayır.

Tələblər                                        

  • Ali təhsil
  • Dəqiqlik, detallara qarşı diqqətlilik
  • Dürüstlük, tapşırılan işi dürüstlüklə icra etmək
  • Sahə üzrə 1-3 il iş təcrübəsi.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət eldə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et