İcra bölməsinin rəhbəri | Banco.az
Bank BTB

İcra bölməsinin rəhbəri

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC Problemli kreditlər departamenti, Təminatsız kreditlərlə iş şöbəsi, İcra bölməsinin rəhbəri vəzifəsinə işə qəbul elan edir.

Təminatsız kreditlərlə iş şöbəsi, İcra bölməsinin rəhbəri

İş barədə məlumat:

  • İcra  bölməsinin işçiləri arasında iş bölgüsünü təşkil etmək.
  • Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının öz səlahiyyətləri daxilində icrasını təmin etmək;
  • Aşkar edilmiş əmlaklara tutmanın yönəldilməsi məqsədilə zəruri sənədləri hazırlamaq və icra məmuruna təqdim etmək;
  • Aşkar edilmiş əmlakın İcra məmuru tərəfindən götürülməsi, onun satılması və əldə olunmuş vəsaitin Banka köçürülməsində iştirak etmək;
  • İpoteka predmetlərinin (dövlət qeydiyyatı aparılan daşınar və daşınmaz əmlakın) qiymətləndirilməsi üçün qiymətləndirmə şirkətlərinə sifarişləri vermək və onlar tərəfindən qiymətləndirilməsi işlərinin həyata keçirilməsində iştirak etmək;
  • Birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Namizədə tələblər:

  • ali hüquqi təhsil
  • minimum 3 il hüquqi təcrübə
  • analitik qabiliyyət
  • idarəetmə qabiliyyəti
  • səmərəli ünsiyyət qurma bacarığı
  • işgüzar ünsiyyət etikası
  • komandada işləmə qabiliyyəti
  • tədqiqat apara bilmə bacarığı
  • kompüterdə iş bacarığı
  • yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti
  • məsuliyyət
  • qanunvericilik və beynəlxalq praktikada qəbul edilən digər bilik, təcrübə və keyfiyyətlərə malik olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına 28 dekabr 2016-cı il tarixinə qədər göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İcra bölməsinin rəhbəri)  göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et