Hüquq təcrübə proqramı | Banco.az
Rabitəbank

Hüquq təcrübə proqramı

Vakansiya haqqında məlumat: 

 

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

“Rabitəbank” ASC, Hüquq departamentində təcrübə toplamaq istəyən namizədlər üçün Hüquq təcrübə proqramı imkanlar yaradır.

Əgər siz özünüzü aşağıdakı tələblərə uyğun hesab edirsinizsə, onda bu təcrübə imkanını əldən qaçırmayın! 

Biz kimləri axtarırıq?

  • Hüquq sahəsi üzrə ali təhsilin olması;
  • Korporativ hüquq sahəsi ilə tanış olmaq və təcrübə toplamaq arzusu olması;
  • Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • Məntiqi və analitik düşünmə qabiliyyəti;
  • Universitet məzunları və təcrübəsiz namizədlərə üstünlük verilir;
  • Rus və İngilis dili biliyi arzuolunandır.

Uğurlu başlanğıclara birgə imza ataq!

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına “Hüquq təcrübə” başlığı ilə göndərə bilərlər.

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et