Hesabatlıq və təhlil şöbəsinin baş mütəxəssisi | Banco.az
Rabitəbank

Hesabatlıq və təhlil şöbəsinin baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Rabitabank ASC Maliyyə menecmenti departamentinə, Hesabatlıq və təhlil şöbəsinin baş mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Bankın daxili təhlilərin hazırlanması (məhsullar, layihələr və s. üzrə);
  • Yeni və mövcud məhsulların maliyyə təhlili, bankın gəlirliyini və effektivliyini ölçən      gündəlik    və həftəlik hesabatların hazırlanması;
  • Mərkəzi Banka göndərilən hesabatları hazırlamaq;
  • İdarəetmə mühasibatlığının aparılması (ABC costing)
  • Maliyyə fəaliyyətinin nəticələri barədə hesabatların tərtib edilməsi;
  • Bankın bütün struktur bölmələrindən və filiallardan statistik məlumatların toplanması və təhlili;

Vəzifəyə dair tələblər:

  • Ali iqtisadi təhsil;
  • Maliyyə, uçot və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Hesabatlıq, təhlil 2 il iş təcrübəsi;
  • Analitik bacarıqlar, boyuk məlumat bazası ilə işləmək bacarığı;
  • BI Tools (Micro Strategy, Power BI), SQL bilikləri;
  • Mükəmməl MS Excel biliyi;
  • Maliyyə sahəsi üzrə analitik bilik və bacarıqlar;   
  • ACCA, CFA, CİMA sertifikatları üstünlük hesab olunur;
  • Dəqiqlik, məsuliyyət və düzgünlük;
  • Komandada işləmək bacarığı;
  • Məlumat və informasiyaların məxfi saxlanılmasına riayət etmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hesabatlıq və təhlil şöbəsinin baş mütəxəssisi” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33. 

e-mail: [email protected]

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et