Girov Əmlakının Qiymətləndirilməsi şöbəsində Mütəxəssis | Banco.az

Girov Əmlakının Qiymətləndirilməsi şöbəsində Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Biznes Risklərinin İdarəedilməsi Departamentində Girov Əmlakının Qiymətləndirilməsi şöbəsində Mütəxəssis” vakansiyasını elan edirik.

Vəzifə öhdəlikləri:

  • Girovun təminatı kimi təklif olunan və ya bankın mülkiyyətində olan daşınmaz əmlakların ekspertizası
  • Girov kimi təqdim edilən əmlakın eyniləşdirilməsi, texniki və mülkiyyət sənədləri ilə uyğunsuzluqların aşkar edilməsi, texniki qüsurların və qiymətə təsir edə biləcək digər amillərin müəyyənləşdirilib təhlil edilməsi;
  • Girov predmeti olan əmlakın həqiqi bazar və asan satış (likvid) qiymətinin təyin edilməsi;
  • Bankın daxili qaydalarında nəzərdə tutulduğu halda təminat kimi çıxış edən obyektə baxış keçirilməsi və şəkillərin çəkilməsi, girovun təqdim olunan sənədlərə uyğunluğunun və texniki göstəricilərinin yoxlanılması;
  • Təqdim olunan əmlakın likvidlik dərəcəsinin təhlil olunması;
  • Keçirilən ekspertiza haqda hesabatların hazırlanıb təqdim olunması (qiymətləndirmə aktı);
  • Bankdankənar müstəqil qitmətləndirici şirkətlər tərəfindən təqdim olunan aktların təhlil olunması və yekun hesabatların hazırlanıb təqdim olunması;
  • Girov qoyulmuş əmlakların hər il təkrar qiymətləndirilməsi və monitorinq olunması;
  • Təqdim edilən kredit sifarişlərinin reyestrdə qeydiyyatının aparılması;
  • Analitik hesabatlar yaradılması məqsədi ilə hesabatların hazırlanması;
  • Birbaşa rhəbərin tapşırığı ilə digər tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər:

  • Bankın dəyərlərinə uyğun işlərin təşkili;
  • Ali təhsil;
  • Aidiyyatı sahə üzrə (maliyyə təşkilatlarının qiymətləndirmə şöbəsində və ya qiymətləndirmə şirkətlərində təcrübə) 3 il iş təcrübəsi;
  • Aidiyyatı sahə üzrə sertifakatların (diplomların) olması arzuolunandır;
  • Yüksək dərəcədə analitik qabiliyyət;
  • Səmərəli ünsiyyətqurma bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • İşlərini planlaşdırma bacarığı;
  • Məsuliyyətlilik.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Əmək qanunvericiliyinə uyğun iş şəraiti;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Qiymətləndirmə_Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
Yelo bank

Ən sərfəli krediti almaq üçün müraciət et