Filialların idarə edilməsi Strukturunun direktoru | Banco.az
AFB Bank

Filialların idarə edilməsi Strukturunun direktoru

Vakansiya haqqında məlumat: 

 

AFB Bank Filialların idarə edilməsi Strukturunun direktoru vəzifəsinə vakansiya elan edir.

Namizədə dair tələblər:

• Ali təhsil;
• Satış texnikalarını, bank məhsulları,onların əsas xüsusiyyətlərini dərindən bilmək;
• İdarəetmə bacarığı və təcrübəsinə malik olmaq, komanda yaratmaq və onları idarə edə bilmək bacarığı,
• Bank sahəsində rəhbər vəzifədə ən az 5 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq bacarığı (ingilis, rus dili biliyi arzu olunandır);
• Ünsiyyətqurma, problemləri həll etmə və komandada işləmək bacarığı;
• MS office proqramlarında işləmək bacarığı;

İşin təsviri:

• Filialların bazarda (region üzrə) mövqeyinin, göstərilən xidmətlərin kəmiyyət və keyfiyyətinin, fəaliyyətinin effektivliyinin mütəmadi öyrənilməsi;
• Filialların işində yaranan problemlərin, onların yaranma səbəblərinin ( mütəmadi ) müəyyən edilməsi,onların həll olunması ilə əlaqədar təkliflərin hazırlanması və İdarə Heyətinə təqdim edilməsi;
• Filialların fəaliyyəti ilə bağlı məlumatın toplanılması və onun qərar qəbul edilməsi üçün məqbul vəziyyətə gətirilməsi və əldə edilmiş məlumatlar və hesabatlar əsasında filialların fəaliyyəti ilə bağlı Bankın rəhbərliyinə təkliflərin verilməsi;
• Aparılmış araşdırma və təhlillər əsasında Bankın yeni filial və şöbəsinin açılması,bağlanması və yerinin dəyişməsi ilə bağlı təkliflərin və prosedurların hazırlanması, İdarə Heyətinə təqdim edilməsi və bu layihələrin (proseslərin) idarə edilməsi;
• Filialların, o cümlədən onların əməkdaşlarının əsas funksiyaları və vəzifələrini özündə əks etdirən standart əsasnamə və prosedurların hazırlanması və təkmilləşdirilməsi.
• Filial rəhbərlərinin işə qəbulu, Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiyadan keçməsi,onların bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı təlimlərin keçirilməsi, eləcə də onların işdən azad olunması proseslərində iştirak;
• Qərarların icrasına nəzarət – Qəbul edilmiş qərarların (İH, Komitələr və s.) icrası, eləcə də müzakirə edilmiş məsələlərlə bağlı Filialların işinin yoxlanılması;qərarların icrası ilə əlaqədar Bankın Strukturları ilə əlaqəli işin təşkili;
• Filialların maliyyə göstəricilərinə nəzarət edilməsi, bununla bağlı filialların bankın digər aidiyyəti strukturları ilə əlaqələndirilməsinin təşkil edilməsi;
• Müştərilərə xidmət keyfiyyətinə nəzarət – müştərilərə xidmət keyfiyyətinə nəzarətin təşkilivə artırılması ilə bağlı təkliflərin verilməsi

 

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Filialların idarə edilməsi Strukturunun direktoru” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et