Filial Şəbəkəsinin İdarə Edilməsi Departamentinin Satış kanalları şöbəsinin Birbaşa satışlar bölməsinin Kiçik mütəxəssisi (Bakı, Gəncə və Lənkəran şəhərləri üzrə) | Banco.az
Kapital Bank

Filial Şəbəkəsinin İdarə Edilməsi Departamentinin Satış kanalları şöbəsinin Birbaşa satışlar bölməsinin Kiçik mütəxəssisi (Bakı, Gəncə və Lənkəran şəhərləri üzrə)

Vakansiya haqqında məlumat: 

Ümumi məlumat

Kapital Bank namizədləri Filial Şəbəkəsinin İdarə Edilməsi Departamentinin Satış kanalları şöbəsinin Birbaşa satışlar bölməsinin Kiçik mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Bankla partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili
  • Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması
  • Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və Bankın filiallarına yönləndirilməsi
  • Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi
  • Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması və s.

Tələblər

  • Ali təhsil
  • Əla ünsiyyətqurma və izahetmə qabiliyyəti
  • Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti
  • MS Office proqramları üzrə biliklər
  • Komanda tərkibində işləmək bacarığı
  • Əla səviyyədə Azərbaycan dili biliyi; Rus dili biliyi arzuolunandır

CV-lərinizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.