Vakansiya haqqında məlumat: 
Filial müdiri (Zaqatala)
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Zaqatala şəhərində yerləşən filialı üçün FİLİAL MÜDİRİ vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Filialın işçi heyətinin idarə olunması;
 - Filial əməkdaşlarının effektivliyi, peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq;
 - Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;
 - Filial kredit komitəsində iştirak etmək və komitəyə sədrlik etmək;
 - Filialın büdcə proqnozlarının hazırlanmasında iştirak etmək və yerinə yetirilməsini təmin etmək;
 - Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək, monitorinqlərin vaxtlı-vaxtında keçirilməsini təmin etmək.
 
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil;
 - Bank və yaxud qeyri bank sektorunda müvafiq vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi;
 - Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
 - Analitik mühakimə etmək qabiliyyəti;
 - İdarəetmə və liderlik qabiliyyəti;
 - Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
 - Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
 
İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
 - AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
 - Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
 - Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
 
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanınaSubject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Filial müdiri, Zaqatala)qeyd etməklə göndərmələri xahiş olunur.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.
Şirkət: 
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı
