Əməliyyatçı (İsmayıllı) | Banco.az

Əməliyyatçı (İsmayıllı)

Vakansiya haqqında məlumat: 

 

Əməliyyatçı (İsmayıllı)

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC İsmayıllı şəhərində yerləşən filialı üçün Əməliyyatçı vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • Müştərilər barədə Məlumat informasiya sistemindən məlumatların əldə edilməsi;
  • Müştərilər üçün hesabların açılması;
  • Kredit ödənişlərinin vaxtında ödənilməsinin yoxlanmasına nəzarət etmək;
  • Tələb olunan müqavilələrin hazırlanması;
  • Daxil olan zəngləri qəbul etmək və cavablandırmaq;
  • Müvafiq sənədlərin, faksların qəbul etməsini və göndərilməsini təmin etmək;
  • Ofisdə kargüzarlıqla bağlı bütün işlərin yerinə yetirmək;
  • Ofisdə işləyən əməkdaşlara müvafiq inzibati köməklik göstərmək;
  • Kredit sənədlərin arxivləşdirilməsi və qorunmasını təmin etmək.

Tələb olunan keyfiyyətlər:

  • Ali və ya orta ixtisas təhsili; 
  • Yaşayış yeri: İsmayıllı ərazisi;
  • Bank və yaxud qeyri bank sektorunda qeyd olunan vəzifə üzrə azı 1 (bir) il iş təcrübəsi.
  • Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

İş şəraiti:

  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Korporativ nömrə ilə təmin edilmə;
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Əməliyyatçı, İsmayıllı) qeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
KredAqro

Ən sərfəli krediti almaq üçün müraciət et