Bank of Baku
Əməliyyat şöbəsinin baş eksperti
Vakansiya haqqında məlumat:
Əməliyyat şöbəsinin baş eksperti
Tələblər
- Ali iqtisadi təhsil və ya MBA üzrə magistr dərəcəsi
- Dil bilikləri: Azərbaycan dili - əla, ingilis dili – yaxşı, (rus dili - yaxşı, üstünlükdür)
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Komanda halında işləyə bilmək və operativ olmaq
- Bank sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
Əsas vəzifə və öhdəliklər
- Kredit portfeli üzrə aylıq, rüblük, illik maliyyə monitorinqlərinin aparılması,
- Mövcud müştəri bazası üzrə gəlirlilik, aktivlik və bir sıra meyarlar üzrə hesabatların tərtib olunması
- Kreditlərin notarial idarələrdə rəsmiləşdirilməsinin həyata keçirilməsi
- Yeni müştərilər üzrə individual tariflərin və individual faizlərin hesablanması.
- İndividual tariflər üzrə monitorinqlərin aparılması
- İş yeri: Baş İdarə
- İş vaxtı: 5 iş günü, 09:00-18:00
MÜRACİƏT QAYDASI
Müraciət etmək istəyən namizədlər CV-ləri subject bölməsində Əməliyyat şöbəsinin baş eksperti qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Bizi sosial şəbəkələrdən izləyin!!